Ana səhifə > Üz səhifə / TGT > “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda kollecdə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.

“Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda kollecdə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.


Dünən, 13:00
“Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda kollecdə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.

27 fevral 2026-cı il tarixdə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, ekoloji risklərin düzgün qiymətləndirilməsi və operativ idarə olunması sahəsində maarifləndirmənin gücləndirilməsi olmuşdur.

Tədbirdə kollecin hərbiləşdirilməmiş mülki müdafiə dəstələri, mülki müdafiənin qərargah rəisi İsmayıl Məmmədov, fövqəladə hallar komissiyasının sədri Oktay Salayev, Mülki Müdafiə üzrə mühəndis Ülviyyə Həşimova, eləcə də kollecin pedaqoji və inzibati heyəti iştirak etmişdir.

Çıxışlar zamanı vurğulanmışdır ki, müasir dövrdə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və ekoloji risklərin azaldılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Mülki müdafiə sahəsində bilik və bacarıqların artırılması dayanıqlı inkişafın əsas şərtlərindən biridir.

Tədbir çərçivəsində praktik məşğələlər təşkil olunmuşdur. Ssenariyə uyğun olaraq:

Şərti yanğın hadisəsi zamanı operativ şəkildə yanğınsöndürmə tədbirləri həyata keçirilmiş;

“Zərərçəkənlər” təhlükəsiz əraziyə təxliyə olunmuş;

Yaralılara yerindəcə ilkin tibbi yardım göstərilmiş;

Kollektivin təxliyə planına uyğun hərəkət bacarığı yoxlanılmışdır.

Məşğələlər zamanı iştirakçılar fövqəladə vəziyyət zamanı düzgün davranış qaydaları, ilkin tibbi yardımın göstərilməsi üsulları və təhlükəsizlik tədbirləri barədə praktik biliklər əldə etmişlər.

Sonda qeyd olunmuşdur ki, bu cür tədbirlər kollecin əməkdaş və tələbələrinin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə, ekoloji təhlükəsizlik mədəniyyətinin formalaşmasına və məsuliyyət hissinin artırılmasına xidmət edir.

Tədbir təşkilati baxımdan yüksək səviyyədə keçirilmiş və qarşıya qoyulan məqsədlərə nail olunmuşdur.




Geri