Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində WUF13 çərçivəsində maarifləndirici tədbir keçirilib

Qida Sənayesi Kollecində WUF13 çərçivəsində maarifləndirici tədbir keçirilib


6-03-2026, 12:25
Qida Sənayesi Kollecində WUF13 çərçivəsində maarifləndirici tədbir keçirilib

Qida Sənayesi Kollecində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq həyata keçirilib.

Bu çərçivədə Qida Sənayesi Kollecində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya üzrə Baş inzibatçısı Əfqan Mehdiyev tərəfindən “Davamlılıq, dayanıqlılıq və inklüzivlik: qlobal şəhərlərdən nümunələr və beynəlxalq standartlar” mövzusunda ətraflı məlumat verib.

Maarifləndirici tədbir zamanı iştirakçılara qlobal şəhər inkişafı konsepsiyaları, dayanıqlı şəhərsalma prinsipləri, inklüziv şəhərsalma inkişaf modelləri və bu sahədə tətbiq olunan beynəlxalq standartlar barədə ətraflı məlumat verilib. Həmçinin, dünyanın müxtəlif şəhərlərində tətbiq edilən uğurlu şəhərsalma inkişaf nümunələri təqdim olunaraq, şəhər mühitinin daha dayanıqlı və inklüziv şəkildə formalaşdırılması istiqamətində aparılan beynəlxalq təcrübələr müzakirə edilib.

Tədbirin əsas məqsədi tələbələr və akademik heyət arasında WUF13-ün əhəmiyyəti, dayanıqlı şəhər inkişafı prinsipləri barədə məlumatlılığın artırılması və gənclərin qlobal şəhərsalma inkişaf prosesləri ilə tanışlığının təmin edilməsidir.

Qeyd edək ki, WUF13 – Ümumdünya Şəhərsalma Forumu şəhərlərin dayanıqlı inkişafı sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olmaqla, şəhərsalma ilə bağlı mövzuların müzakirəsi, innovativ həllərin təqdim olunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qida Sənayesi Kolleci gələcəkdə də bu istiqamətdə maarifləndirici və elmi-praktik tədbirlərin keçirilməsini davam etdirəcəkdir.






Geri