Ana səhifə > Üz səhifə / TGT > Gənclər üçün Sağlam Gələcək: Qida Sənayesi Kollecində Maarifləndirici Tədbir Keçirildi

Gənclər üçün Sağlam Gələcək: Qida Sənayesi Kollecində Maarifləndirici Tədbir Keçirildi


10-04-2026, 09:21
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Ümumdünya Sağlamlıq Günü münasibətilə “Yeniyetməlik və gənclik illərində sağlam qidalanmanın vacibliyi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam qidalanma mədəniyyətinin formalaşdırılması, qida təhlükəsizliyi üzrə biliklərin artırılması, eləcə də sağlam həyat tərzinin təşviqi olmuşdur.


Tədbir çərçivəsində beynəlxalq təlimçi-ekspert Məhsəti Hüseynova tərəfindən təqdim olunan interaktiv təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, onların nəzəri biliklərinin praktik yanaşmalarla zənginləşdirilməsinə mühüm töhfə vermişdir.


Eyni zamanda iştirakçılara düzgün qidalanma prinsipləri, vitamin və mineral balansı, sağlam həyat tərzinin əsas komponentləri barədə ətraflı məlumat verilmiş, interaktiv müzakirələr və sual-cavab sessiyaları təşkil olunmuşdur.














Geri