Ana səhifə > Üz səhifə / TGT > 12 may tarixində “Ailə kiçik bir dünyadır” mövzusunda maarifləndirici tədbir təşkil edilib

12 may tarixində “Ailə kiçik bir dünyadır” mövzusunda maarifləndirici tədbir təşkil edilib


12-05-2026, 19:10
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 may Beynəlxalq Ailə Günü ərəfəsində ailə münasibətlərinin möhkəmləndirilməsinə və ailə dəyərlərinin gücləndirilməsinə xidmət edəcək tədbirlərin keçirilməsinə dair tövsiyəsinə əsasən Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü və UNEC nəzdində Qida Sənayesi Kollecinin təşkilatçılığı ilə 12 may tarixində “Ailə kiçik bir dünyadır” mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçi-psixoloqu Könül İsmayılova, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, Tərbiyə işləri üzrə direktor müavini Ağayeva Aytən, Kollecin psixoloqu Hacıyeva Bəsti, həmçinin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə ailənin sosial institut kimi cəmiyyətin formalaşmasındakı rolu, ailədaxili münasibətlərin sağlam inkişafı, uşaqların hüquqlarının müdafiəsinin hüquqi və psixoloji aspektləri, həmçinin sağlam ailə modelinin sosial sabitliyin təmin olunmasına və gənc nəslin mənəvi inkişafına təsiri barədə çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Tədbir iştirakçıları tərəfindən ailə dəyərlərinin qorunmasının müasir cəmiyyət üçün mühüm sosial faktor olduğu qeyd edilib.




Geri