Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin insan orqanizminə mənfi təsirləri və bu istiqamətdə hüquqi tənzimləmələr barədə maarifləndirmə səviyyəsinin artırılması məqsədilə tədbir keçirilmişdir.

Qida Sənayesi Kollecində sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin insan orqanizminə mənfi təsirləri və bu istiqamətdə hüquqi tənzimləmələr barədə maarifləndirmə səviyyəsinin artırılması məqsədilə tədbir keçirilmişdir.


21-05-2026, 19:43
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin insan orqanizminə mənfi təsirləri və bu istiqamətdə hüquqi tənzimləmələr barədə maarifləndirmə səviyyəsinin artırılması məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə iştirakçılara “Sağlamlıq determinantları və tütünlə mübarizə strategiyaları” mövzusunda ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev “Tütün epidemiyasının başlanması” adlı təqdimatla çıxış edərək, tütün məmulatlarının tarixi inkişaf mərhələləri, həmçinin elektron siqaretlərin insan orqanizminə vurduğu ciddi və bərpaolunmaz zərərlər barədə iştirakçıları məlumatlandırmışdır.

Bununla yanaşı, mərkəzin baş hüquqşünası Rüstəm Məmmədov “Spirtli içkilər: görünən qazanc və gizli zərərlər” mövzusunda çıxış edərək, alkoqol və digər asılılıq yaradan vasitələrin iqtisadi aspektləri — vergilər, aksizlər və digər maliyyə göstəriciləri ilə yanaşı, cəmiyyətə vurduğu sosial-iqtisadi zərərlərdən də bəhs etmişdir.

Çıxış zamanı səhiyyə xərclərinin artması, yol-nəqliyyat hadisələri, cinayətkarlıq halları, əmək qabiliyyətinin vaxtından əvvəl itirilməsi, erkən ölüm faktları və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları barədə hüquqi maarifləndirmə aparılmışdır.

İnteraktiv diskussiya və slayd nümayişləri ilə müşayiət olunan görüşün sonunda tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.




Geri