Ana səhifə > Üz səhifə / TGT > “İnsan Hüquqları Aylığı” çərçivəsində Qida Sənayesi Kollecinda maarifləndirici tədbir təşkil olunmuşdur.
“İnsan Hüquqları Aylığı” çərçivəsində Qida Sənayesi Kollecinda maarifləndirici tədbir təşkil olunmuşdur.Bu gün, 10:00 |
|
18 may – 8 iyun tarixlərini əhatə edən və ölkəmizdə ənənəvi olaraq keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində UNEC nəzdində Qida Sənayesi Kollecinda maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqlarının mahiyyəti, onların müdafiəsi mexanizmləri, əmək münasibətləri sahəsində hüquq və vəzifələrin düzgün tətbiqi, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri barədə əməkdaşların məlumatlılıq səviyyəsinin artırılması olmuşdur. Tədbir zamanı insan hüquqlarının demokratik cəmiyyətin inkişafındakı rolu, hüquqi dövlət quruculuğunda hüquqi maarifləndirmənin əhəmiyyəti və hüquq mədəniyyətinin formalaşdırılmasının vacibliyi geniş şəkildə izah edilmişdir. Müzakirələr əsnasında iştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bölüşmüş, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır. Tədbir qarşılıqlı dialoq və konstruktiv fikir mübadiləsi şəraitində keçmişdir. Qeyd edilmişdir ki, hüquqi biliklərin artırılması, insan hüquqlarına hörmət mədəniyyətinin təşviqi və əməkdaşların hüquqi şüurunun daha da inkişaf etdirilməsi istiqamətində maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur ![]() ![]() ![]() Geri |