Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi və şəffaf idarəetmə prinsiplərinin təbliği məqsədilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdir.
Qida Sənayesi Kollecində korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi və şəffaf idarəetmə prinsiplərinin təbliği məqsədilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdir.Bu gün, 09:30 |
|
UNEC nəzdində Qida Sənayesi Kollecində korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi və şəffaf idarəetmə prinsiplərinin təbliği məqsədilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə korrupsiyanın cəmiyyətin inkişafına və dövlət idarəçiliyinin səmərəliliyinə mənfi təsirləri geniş şəkildə müzakirə edilmiş, etik davranış qaydalarına əməl olunmasının, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin sağlam idarəetmə mühitinin formalaşmasında mühüm rol oynadığı vurğulanmışdır. Məruzəçi qeyd edib ki, korrupsiyaya qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyət daşıdığı vacib istiqamətlərdən biridir. Bu baxımdan, cəmiyyətdə hüquqi maarifləndirmənin artırılması və antikorrupsiya dəyərlərinin təşviqi məqsədilə belə tədbirlərin mütəmadi keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. ![]() ![]() ![]() Geri |