Ana səhifə > Üz səhifə / TGT > Rəqəmsal İnkişafın Sürətləndirilməsinə Həsr Olunmuş Tədbir Keçirildi
Rəqəmsal İnkişafın Sürətləndirilməsinə Həsr Olunmuş Tədbir Keçirildi19-02-2026, 14:37 |
|
Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində maarifləndirici görüş təşkil olunub. Tədbir zamanı “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu fəaliyyət planı ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və rəqəmsal xidmətlərin inkişaf etdirilməsi məqsədini daşıyır. Bildirilib ki, rəqəmsal inkişaf informasiya və kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqinə əsaslanaraq dövlət idarəetməsində, iqtisadiyyatda və cəmiyyətin müxtəlif sahələrində səmərəliliyin artırılmasına xidmət edir. Müasir rəqəmsal həllərin tətbiqi xidmətlərin daha əlçatan, operativ və keyfiyyətli göstərilməsinə şərait yaradır. Tədbirdə həmçinin rəqəmsal savadlılığın artırılmasının, innovativ düşüncənin təşviq edilməsinin və rəqəmsal bacarıqların inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, rəqəmsal inkişafın əsas məqsədi innovasiyaları təşviq etmək, idarəetmədə və xidmət sahələrində səmərəliliyi yüksəltmək, vətəndaşlar üçün daha əlçatan və müasir rəqəmsal mühit formalaşdırmaqdır. ![]() ![]() ![]() ![]() Geri |