Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində yeni tədris ilinə start verilib. 2026/2027
Qida Sənayesi Kollecində yeni tədris ilinə start verilib. 2026/2027Dünən, 09:35 |
|
15 sentyabr 2026-cı il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecində yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Kollecin direktoru çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara təhsildə uğurlar, yüksək nəticələr və yeni nailiyyətlər arzulayıb. Direktor çıxışında tələbələri qarşıya qoyduqları məqsədlərə inamla addımlamağa, bilik və bacarıqlarını daim inkişaf etdirməyə çağırıb. Tədbirin xüsusi məqamlarından biri yüksək bal toplayaraq fərqlənən tələbələrin təltif olunması olub. Uğur qazanan tələbələrə xüsusi hədiyyələr təqdim edilib və onların nailiyyətləri yüksək qiymətləndirilib. Qoy yeni tədris ili hər bir tələbəmiz üçün yeni biliklərin, böyük hədəflərin və parlaq gələcəyin başlanğıcı olsun! Yeni tədris iliniz mübarək, əziz tələbələr! Geri |