Ana səhifə > Üz səhifə / TGT > 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü


5-10-2026, 12:00
5 Oktyabr – Müəllimlər Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində müəllim və əməkdaşların peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbir Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin, o cümlədən şəhid müəllimlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra kollecin direktoru Sevinc Həmzəyeva çıxış edərək müəllim və əməkdaşları təbrik edib, müəllimlik peşəsinin yalnız bilik öyrətmək deyil, gələcəyə istiqamət vermək, şəxsiyyət yetişdirmək və cəmiyyətin sabahını formalaşdırmaq missiyası olduğunu vurğulayıb. O, kollektivin əməyini yüksək qiymətləndirərək, hər bir əməkdaşa təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində 60 illik yubileyi və səmərəli fəaliyyəti münasibətilə biologiya üzrə fəlsəfə doktoru İradə Tağıyevaya Fəxri fərman, fərqlənən əməkdaşlara isə təşəkkürnamələr təqdim olunub.

Tələbələrin hazırladığı musiqi nömrələri, şeirlər və səhnə çıxışları tədbirə xüsusi rəng qatıb, müəllimlərə ünvanlanan səmimi sözlər isə günün əsas dəyərinə müəllim əməyinə olan hörmət və sevgini ifadə edib.

Müəllim - gələcəyin təməlini qoyan ən böyük qüvvədir. Bütün müəllim və əməkdaşlarımızı peşə bayramı münasibətilə ürəkdən təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!




Geri