Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirməyə həsr olunmuş dəyirmi masa keçirilib

Qida Sənayesi Kollecində biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirməyə həsr olunmuş dəyirmi masa keçirilib


1-10-2026, 11:00
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Kimya, biologiya, ekologiya və sanitar-gigiyena fənn birləşmə komissiyasının müəllimi Qumru Məmmədovanın təşkilatçılığı ilə bioloji müxtəlifliyin qorunması, əhalinin ekoloji maarifləndirilməsi, eləcə də bu sahədə bilik və bacarıqların artırılması məqsədilə dəyirmi masa keçirilib.

Tədbir zamanı biomüxtəlifliyin ekosistemlərin davamlılığının təmin edilməsində rolu, təbii sərvətlərin mühafizəsinin əhəmiyyəti və ətraf mühitin qorunmasında ekoloji məsuliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Dəyirmi masa çərçivəsində ekoloji maarifləndirmənin əhəmiyyəti, təhsil müəssisələrinin ekoloji mədəniyyətin formalaşdırılmasındakı rolu, həmçinin tələbələrin ekoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Gənc nəslə təbiətə qayğı, ətraf mühitə məsuliyyətli münasibət və dayanıqlı inkişaf prinsiplərinə sadiqlik kimi dəyərlərin aşılanmasının vacibliyi vurğulanıb.

Tədbirin əsas məqsədi ekoloji biliklərin genişləndirilməsi, ətraf mühitin mühafizəsinə dair məsuliyyətli yanaşmanın təşviqi və tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılmasına töhfə vermək olub.

Dəyirmi masa ekoloji maarifləndirmənin təşviqi, biomüxtəlifliyin qorunmasının əhəmiyyətinin diqqətə çatdırılması və təbiətin mühafizəsinə məsuliyyətli münasibətin formalaşdırılması baxımından əhəmiyyət kəsb edib.



Geri