Ana səhifə > Üz səhifə / TGT > ƏSRİN FACİƏSİ

ƏSRİN FACİƏSİ


26-02-2019, 15:30
Bu gün Bakı Qida Sənayesi Kollecində Həmkarlar İttifaqının təşkilatçılığı ilə  Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözu ilə açan kollecin direktoru Vilayət İsmayılov Xocalı faciəsindən danışaraq qeyd etmişdir ki, Xocalı faciəsi əsrin ən dəhşətli faciələrindən birisidir. Bu gecənin dəhşəti, insanların gülləbaran edilməsi, günahsız insanların öldürülməsi yaddaşlarda silinməyən izlər qoymuşdur. Sonra İsmayılov qeyd etmişdir ki dövlətimizin, hörmətli prezidentimiz İlham Əliyevin uzaqgörən və ağıllı siyasəti nəticəsində Xocalı faciəsi beynəlxalq aləmdə öz həqiqi  qiymətini alacaq. Sonra çıxış edənlər də Xocalı faciəsindən ürək ağrısı ilə danışdılar. Onlar da öz çıxışlarında  Xocalı faciəsini  Azərbaycan millətinə xalqına qarşı yönəldilmiş soyqırımı olduğunu nəzərə çatdırdılar. Tədbirə dəvət olunmuş Xocalı vətəndaşları da keçdikləri və yaşadıqları bu faciənin ağırlığından söz açaraq dedilər ki, biz faciəni heç vaxt yadımızdan çıxardmayacaq və ölənə qədər bu faciəni unutmayacayıq. Sonra tələbələrin ifasında Xocalı faciəsinə həsr olunmuş əbədi bədii kompozisiya təqdim olunmuşdur. Sonda Həmkarlar İttifaqının sədri S.Şərifova tədbir iştirakçılarına təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, bu günki tədbirimizin sonunda biz də səsimizi milyonların səsinə qoşaraq Beynəlxalq təşkilatlara müraciət qəbul edirik:
“Xocalıya ədalət”  kompaniyasını dəstəkləyirik və tələb edirik ki, Xocalı soyqırımı kimi öz həqiqi qiymətini alsın!



















Geri