ƏSRİN FACİƏSİ
- Ətraflı
- Nəşr edilib 26-02-2019 15:30
- Baxış sayı: 1 442
Bu gün Bakı Qida Sənayesi Kollecində Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözu ilə açan kollecin direktoru Vilayət İsmayılov Xocalı faciəsindən danışaraq qeyd etmişdir ki, Xocalı faciəsi əsrin ən dəhşətli faciələrindən birisidir. Bu gecənin dəhşəti, insanların gülləbaran edilməsi, günahsız insanların öldürülməsi yaddaşlarda silinməyən izlər qoymuşdur. Sonra İsmayılov qeyd etmişdir ki dövlətimizin, hörmətli prezidentimiz İlham Əliyevin uzaqgörən və ağıllı siyasəti nəticəsində Xocalı faciəsi beynəlxalq aləmdə öz həqiqi qiymətini alacaq. Sonra çıxış edənlər də Xocalı faciəsindən ürək ağrısı ilə danışdılar. Onlar da öz çıxışlarında Xocalı faciəsini Azərbaycan millətinə xalqına qarşı yönəldilmiş soyqırımı olduğunu nəzərə çatdırdılar. Tədbirə dəvət olunmuş Xocalı vətəndaşları da keçdikləri və yaşadıqları bu faciənin ağırlığından söz açaraq dedilər ki, biz faciəni heç vaxt yadımızdan çıxardmayacaq və ölənə qədər bu faciəni unutmayacayıq. Sonra tələbələrin ifasında Xocalı faciəsinə həsr olunmuş əbədi bədii kompozisiya təqdim olunmuşdur. Sonda Həmkarlar İttifaqının sədri S.Şərifova tədbir iştirakçılarına təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, bu günki tədbirimizin sonunda biz də səsimizi milyonların səsinə qoşaraq Beynəlxalq təşkilatlara müraciət qəbul edirik:
“Xocalıya ədalət” kompaniyasını dəstəkləyirik və tələb edirik ki, Xocalı soyqırımı kimi öz həqiqi qiymətini alsın!
“Xocalıya ədalət” kompaniyasını dəstəkləyirik və tələb edirik ki, Xocalı soyqırımı kimi öz həqiqi qiymətini alsın!
Xəbərlər
-
Tələbələrimiz Şəhidlər Xiyabanını ziyarət etdilər / 20
Tarix: 19-01-2024 14:03 -
UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivi "Nur”
Tarix: 16-03-2023 15:47 -
Allah rəhmət etsin!
Tarix: 11-01-2023 15:00 -
UNEC-in Qida Sənayesi Kollecində Dünya Azərbaycanlılarının
Tarix: 27-12-2022 19:53 -
12 dekabr, ulu öndər Heydər Əliyevin anım günü
Tarix: 12-12-2022 18:27 -
Zəfər Səninlədir Azərbaycan!
Tarix: 06-11-2022 17:19 -
18 Oktyabr Müstəqilliyin Bərpası Günü
Tarix: 18-10-2022 20:26 -
5 Oktyabr Müəllimlər Günü
Tarix: 05-10-2022 11:25 -
27 Sentyabr "Anım Günü"
Tarix: 27-09-2022 17:03 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11