Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kolleci soyqırım qurbanlarını yad edib

Qida Sənayesi Kolleci soyqırım qurbanlarını yad edib


30-03-2023, 11:17

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində on minlərlə  azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Prezidenti İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verib. “Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir”.
525.az xəbər verir ki, soyqırımın anım günü ilə əlaqədar olaraq 30 Mart 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecinin rəhbər və işçi heyəti Quba rayonundakı “Soyqırımı Memorial Kompleksi“ni ziyarət edərək soyqırım qurbanlarını yad ediblər.
Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanların qılıncdan, süngüdən keçirilməsindən, diri-diri yandırılması dəhşətindən danışaraq erməni vəhşiliyinin tariximizə vurduğu qanlı izdən danışıb.
Həmkarlar İttifaqının sədri Sevinc Şərifova əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladlarının uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirməsindən, Mehmanxana və Turizm şöbəsinin müdiri Aytən Ağayeva milli memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və mədəni abidələrin dağıdılmasından söhbət açıb.
Tədris hissə müdiri Samirə Hacıyeva 1918-ci ilin mart soyqırımını öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu vurğulayıb.
Heç bir yerdə izi olmayan, tarixi bilinməyən cəlladların törətdikləri  bu vəhşilikləri heç vaxt unutmayacaq və günahsız qurbanların xatirələrini daim əziz tutacağıq.  Ruhunuz şad olsun!







Geri