Qida Sənayesi Kolleci soyqırım qurbanlarını yad edib
- Ətraflı
- Nəşr edilib 30-03-2023 11:17
- Baxış sayı: 54

Prezidenti İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verib. “Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir”.
525.az xəbər verir ki, soyqırımın anım günü ilə əlaqədar olaraq 30 Mart 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecinin rəhbər və işçi heyəti Quba rayonundakı “Soyqırımı Memorial Kompleksi“ni ziyarət edərək soyqırım qurbanlarını yad ediblər.
Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanların qılıncdan, süngüdən keçirilməsindən, diri-diri yandırılması dəhşətindən danışaraq erməni vəhşiliyinin tariximizə vurduğu qanlı izdən danışıb.
Həmkarlar İttifaqının sədri Sevinc Şərifova əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladlarının uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirməsindən, Mehmanxana və Turizm şöbəsinin müdiri Aytən Ağayeva milli memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və mədəni abidələrin dağıdılmasından söhbət açıb.
Tədris hissə müdiri Samirə Hacıyeva 1918-ci ilin mart soyqırımını öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu vurğulayıb.
Heç bir yerdə izi olmayan, tarixi bilinməyən cəlladların törətdikləri bu vəhşilikləri heç vaxt unutmayacaq və günahsız qurbanların xatirələrini daim əziz tutacağıq. Ruhunuz şad olsun!









Xəbərlər
-
UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivi "Nur”
Tarix: 16-03-2023 15:47 -
Allah rəhmət etsin!
Tarix: 11-01-2023 15:00 -
UNEC-in Qida Sənayesi Kollecində Dünya Azərbaycanlılarının
Tarix: 27-12-2022 19:53 -
12 dekabr, ulu öndər Heydər Əliyevin anım günü
Tarix: 12-12-2022 18:27 -
Zəfər Səninlədir Azərbaycan!
Tarix: 06-11-2022 17:19 -
18 Oktyabr Müstəqilliyin Bərpası Günü
Tarix: 18-10-2022 20:26 -
5 Oktyabr Müəllimlər Günü
Tarix: 05-10-2022 11:25 -
27 Sentyabr "Anım Günü"
Tarix: 27-09-2022 17:03 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
Təhsil Tələbə Krediti Fondunun əməkdaşlarının Kollecimizin
Tarix: 06-05-2022 15:57
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11