Ana səhifə > Üz səhifə / TGT > Xocalı Soyqırımı
Xocalı Soyqırımı26-02-2024, 17:28 |
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Xocalı soyqırımı ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. İlk olaraq kollecin Həmkarlar İttifaqının sədri Sevinc ŞərifovaXocalı soyqırımından 32 il ötdüyünü vurğulayaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etməsindən danışdı. Daha sonra çıxış edən kollecin direktoru Vilayət İsmayılov mənfur düşmənin Qarabağın azərbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etməsindən, Xocalının zəbti ilə misli görünməmiş qəddarlıqla müşayiət olunana faciə törətmələrindən danışdı. Tədbirdə çıxış edən kollecin direktor müavini Sevinc Həmzəyeva Azərbaycanda Xocalı soyqırımının işıqlandırmasında əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirərək, Xocalıya onun gözü ilə baxdığımızı söyləmişdir. Tədbirin bədii hissəsində tələbələr quşbaşı qar yağan sərt qış gecəsindən, dəhşət yaşayan Xocalıdan danışdılar. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Sağalmayan yaramız olan Xocalı, unutmadıq, unutdurmarıq! Geri |