Xocalı Soyqırımı
- Ətraflı
- Nəşr edilib 26-02-2024 17:28
- Baxış sayı: 575
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Xocalı soyqırımı ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
İlk olaraq kollecin Həmkarlar İttifaqının sədri Sevinc ŞərifovaXocalı soyqırımından 32 il ötdüyünü vurğulayaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etməsindən danışdı.
Daha sonra çıxış edən kollecin direktoru Vilayət İsmayılov mənfur düşmənin Qarabağın azərbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etməsindən, Xocalının zəbti ilə misli görünməmiş qəddarlıqla müşayiət olunana faciə törətmələrindən danışdı.
Tədbirdə çıxış edən kollecin direktor müavini Sevinc Həmzəyeva Azərbaycanda Xocalı soyqırımının işıqlandırmasında əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirərək, Xocalıya onun gözü ilə baxdığımızı söyləmişdir.
Tədbirin bədii hissəsində tələbələr quşbaşı qar yağan sərt qış gecəsindən, dəhşət yaşayan Xocalıdan danışdılar. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü.
Sağalmayan yaramız olan Xocalı, unutmadıq, unutdurmarıq!

Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11