Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kolleci tələbələrinin uğuru – inşa və rəsm müsabiqəsində III yer
Qida Sənayesi Kolleci tələbələrinin uğuru – inşa və rəsm müsabiqəsində III yer1-05-2025, 16:24 |
Qida Sənayesi Kolleci tələbələrinin uğuru – inşa və rəsm müsabiqəsində III yer UNEC nəzdində Qida Sənayesi Kollecinin tələbələri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda təşkil edilən inşa və rəsm müsabiqəsində fəal iştirak etmişlər. Müsabiqədən öncə kollec daxilində seçim mərhələləri həyata keçirilmiş, tələbələrin işləri qiymətləndirilərək ən yaxşıları yekun mərhələyə təqdim olunmuşdur. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhmən Hüseynov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev və digər rəsmi qonaqlar iştirak edərək çıxış etmiş, gənclərin milli dəyərlərə bağlı ruhda yetişməsinin vacibliyini vurğulamışlar. Müsabiqənin nəticələrinə əsasən Qida Sənayesi Kollecinin İMS 024 saylı qrup tələbəsi Süleymanova Aytac Bakir qızı inşa nominasiyası üzrə III yerə layiq görülmüş, diplom və sertifikatla təltif olunmuşdur. Uğurlu nəticəyə görə tələbəmizi təbrik edir, təhsil və yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayırıq! ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri |