Qida Sənayesi Kolleci tələbələrinin uğuru – inşa və rəsm müsabiqəsində III yer
- Ətraflı
- Nəşr edilib 01-05-2025 16:24
- Baxış sayı: 12
Qida Sənayesi Kolleci tələbələrinin uğuru – inşa və rəsm müsabiqəsində III yer
UNEC nəzdində Qida Sənayesi Kollecinin tələbələri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda təşkil edilən inşa və rəsm müsabiqəsində fəal iştirak etmişlər.
Müsabiqədən öncə kollec daxilində seçim mərhələləri həyata keçirilmiş, tələbələrin işləri qiymətləndirilərək ən yaxşıları yekun mərhələyə təqdim olunmuşdur.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhmən Hüseynov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev və digər rəsmi qonaqlar iştirak edərək çıxış etmiş, gənclərin milli dəyərlərə bağlı ruhda yetişməsinin vacibliyini vurğulamışlar.
Müsabiqənin nəticələrinə əsasən Qida Sənayesi Kollecinin İMS 024 saylı qrup tələbəsi Süleymanova Aytac Bakir qızı inşa nominasiyası üzrə III yerə layiq görülmüş, diplom və sertifikatla təltif olunmuşdur.
Uğurlu nəticəyə görə tələbəmizi təbrik edir, təhsil və yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11