Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində “Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib
Qida Sənayesi Kollecində “Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilibDünən, 18:00 |
Qida Sənayesi Kollecində “Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib. 25 iyun 2025-ci il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecində “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə Həmkarlar İttifaqı Komitəsinin sədri Mehdiyeva Samirə açaraq iştirakçıları salamlayıb, bu günün əhəmiyyətindən danışıb. O, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən bəhs edib. Daha sonra Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini, ehtiyatda olan zabit Salayev Oktay, Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan və şəxsi hərbi təcrübəsindən danışaraq gənclərə vətənə sədaqət, məsuliyyət və orduya hörmətin vacibliyini çatdırıb. Tədbirin sonunda kollecin direktoru Sevinc Həmzəyeva, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində göstərdiyi fəallığa və xidmətlərinə görə ehtiyatda olan zabit Salayev Oktayı fəxri fərmanla təltif edib. Qeyd edək ki, kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini Salayev Oktay 21 il Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmət etmiş və ehtiyata buraxılmışdır. 2020-ci ildə 44 günlük müharibədə iştirak etmişdir. Bu cür tədbirlərin keçirilməsi gənclərdə vətənə sevgi, milli ruh və orduya hörmət hisslərinin formalaşmasına mühüm töhfə verir.![]() ![]() ![]() ![]() Geri |