Qida Sənayesi Kollecində “Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib
- Ətraflı
- Nəşr edilib 25-06-2025 18:00
- Baxış sayı: 7
Qida Sənayesi Kollecində “Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib. 25 iyun 2025-ci il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecində “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə Həmkarlar İttifaqı Komitəsinin sədri Mehdiyeva Samirə açaraq iştirakçıları salamlayıb, bu günün əhəmiyyətindən danışıb. O, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən bəhs edib. Daha sonra Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini, ehtiyatda olan zabit Salayev Oktay, Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan və şəxsi hərbi təcrübəsindən danışaraq gənclərə vətənə sədaqət, məsuliyyət və orduya hörmətin vacibliyini çatdırıb. Tədbirin sonunda kollecin direktoru Sevinc Həmzəyeva, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində göstərdiyi fəallığa və xidmətlərinə görə ehtiyatda olan zabit Salayev Oktayı fəxri fərmanla təltif edib. Qeyd edək ki, kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini Salayev Oktay 21 il Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmət etmiş və ehtiyata buraxılmışdır. 2020-ci ildə 44 günlük müharibədə iştirak etmişdir. Bu cür tədbirlərin keçirilməsi gənclərdə vətənə sevgi, milli ruh və orduya hörmət hisslərinin formalaşmasına mühüm töhfə verir.








Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11