Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu
Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu26-09-2025, 12:41 |
|
UNEC nəzdində Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu. Anım Gününün 5-ci ildönümü münasibətilə kollecin həyətində təşkil edilən sərgidə tələbələrin hazırladığı əsərlər Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə həsr olunmuşdur. Sərgiyə kollecin direktoru, direktor müavinləri, HİK sədri, şöbə müdirləri , müəllim və kollecin digər əməkdaşları baxış keçirmiş, tələbələrin yaradıcılıq nümunələri ilə tanış olmuşlar. Tələbələrə sərgidə iştiraklarına görə təşəkkürnamələr təqdim edilmiş, onların milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda formalaşmalarına xüsusi önəm verdikləri yüksək qiymətləndirilmişdir. ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ! Geri |