Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu

UNEC nəzdində Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu.
Anım Gününün 5-ci ildönümü münasibətilə kollecin həyətində təşkil edilən sərgidə tələbələrin hazırladığı əsərlər Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə həsr olunmuşdur.
Sərgiyə kollecin direktoru, direktor müavinləri, HİK sədri, şöbə müdirləri , müəllim və kollecin digər əməkdaşları baxış keçirmiş, tələbələrin yaradıcılıq nümunələri ilə tanış olmuşlar.
Tələbələrə sərgidə iştiraklarına görə təşəkkürnamələr təqdim edilmiş, onların milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda formalaşmalarına xüsusi önəm verdikləri yüksək qiymətləndirilmişdir.
ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ!