Ana səhifə > Üz səhifə / TGT > UNEC nəzdində Qida Sənayesi Kollecində "Vergi mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilmişdir.
UNEC nəzdində Qida Sənayesi Kollecində "Vergi mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilmişdir.17-04-2026, 14:55 |
|
UNEC nəzdində Qida Sənayesi Kollecində "Ümumi iqtisadiyyat və idarəetmə" fənn birləşməsinin sədri Anaxanım Bağırovanın təşkilatçılığı ilə "Vergi mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirin əsas məqsədi vergi mədəniyyətinin cəmiyyətin sosial-iqtisadi inkişafındakı rolunun izah edilməsi, gənclərdə vergi şüurunun formalaşdırılması və vətəndaş məsuliyyətinin artırılması olmuşdur. Çıxışlar zamanı qeyd edilmişdir ki, vergi sistemi dövlətin maliyyə dayanıqlığının əsas mexanizmlərindən biri olmaqla yanaşı, təhsil, səhiyyə, sosial müdafiə və infrastruktur kimi strateji sahələrin inkişafını təmin edən mühüm iqtisadi vasitədir. Vergi öhdəliklərinin könüllü və məsuliyyətli şəkildə yerinə yetirilməsi yüksək vergi mədəniyyətinin göstəricisidir. Bu mədəniyyətin formalaşması kölgə iqtisadiyyatının həcminin azalmasına, maliyyə şəffaflığının artırılmasına və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir. Həmçinin bildirilmişdir ki, vergi mədəniyyətinin inkişafı vətəndaşların dövlət qarşısında məsuliyyət hissinin güclənməsinə, cəmiyyətin rifah səviyyəsinin yüksəlməsinə və davamlı iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Tədbirdə gənc nəslin vergi savadlılığının artırılması, vergi öhdəliklərinə şüurlu yanaşmanın formalaşdırılması və hər bir vətəndaşın ölkənin iqtisadi inkişafındakı rolunun əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Sonda iştirakçılar mövzu ilə bağlı müzakirələrdə fəal iştirak etmiş, vergi mədəniyyətinin yüksəldilməsinin güclü iqtisadiyyatın, şəffaf idarəetmənin və firavan cəmiyyətin formalaşmasında mühüm amillərdən biri olduğu bir daha diqqətə çatdırılmışdır. ![]() ![]() ![]() ![]() Geri |