UNEC nəzdində Qida Sənayesi Kollecində "Vergi mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilmişdir.
- Ətraflı
- Nəşr edilib 17-04-2026 14:55
- Baxış sayı: 15
UNEC nəzdində Qida Sənayesi Kollecində "Ümumi iqtisadiyyat və idarəetmə" fənn birləşməsinin sədri Anaxanım Bağırovanın təşkilatçılığı ilə "Vergi mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirin əsas məqsədi vergi mədəniyyətinin cəmiyyətin sosial-iqtisadi inkişafındakı rolunun izah edilməsi, gənclərdə vergi şüurunun formalaşdırılması və vətəndaş məsuliyyətinin artırılması olmuşdur. Çıxışlar zamanı qeyd edilmişdir ki, vergi sistemi dövlətin maliyyə dayanıqlığının əsas mexanizmlərindən biri olmaqla yanaşı, təhsil, səhiyyə, sosial müdafiə və infrastruktur kimi strateji sahələrin inkişafını təmin edən mühüm iqtisadi vasitədir. Vergi öhdəliklərinin könüllü və məsuliyyətli şəkildə yerinə yetirilməsi yüksək vergi mədəniyyətinin göstəricisidir.
Bu mədəniyyətin formalaşması kölgə iqtisadiyyatının həcminin azalmasına, maliyyə şəffaflığının artırılmasına və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir. Həmçinin bildirilmişdir ki, vergi mədəniyyətinin inkişafı vətəndaşların dövlət qarşısında məsuliyyət hissinin güclənməsinə, cəmiyyətin rifah səviyyəsinin yüksəlməsinə və davamlı iqtisadi inkişafın təmin olunmasına xidmət edir.
Tədbirdə gənc nəslin vergi savadlılığının artırılması, vergi öhdəliklərinə şüurlu yanaşmanın formalaşdırılması və hər bir vətəndaşın ölkənin iqtisadi inkişafındakı rolunun əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Sonda iştirakçılar mövzu ilə bağlı müzakirələrdə fəal iştirak etmiş, vergi mədəniyyətinin yüksəldilməsinin güclü iqtisadiyyatın, şəffaf idarəetmənin və firavan cəmiyyətin formalaşmasında mühüm amillərdən biri olduğu bir daha diqqətə çatdırılmışdır.

Xəbərlər
-
Qida Sənayesi Kolleci 2026/2027-ci tədris ili üçün
Tarix: 05-06-2026 08:22 -
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47
Elanlar
-
QƏBULA İNDİ BAŞLA!
Tarix: 19-05-2026 13:56 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11