Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirildi
Qida Sənayesi Kollecində “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirildiBu gün, 12:00 |
|
UNEC nəzdində Qida Sənayesi Kollecində gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və rəqəmsal mühitdə mövcud olan təhlükələr barədə məlumatlandırılması məqsədilə “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirimişdir. Tədbirdə müasir informasiya-kommunikasiya texnologiyalarının gənclərin həyatında mühüm rol oynadığı qeyd edilməklə yanaşı, sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə narkotik vasitələrinin qanunsuz təbliği və yayılması hallarının cəmiyyət üçün ciddi təhlükə yaratdığı vurğulanmışdır. Rəqəmsal məkanda yayılan zərərli məzmunlar gənclərin psixoloji və sosial inkişafına mənfi təsir göstərərək onları müxtəlif risklərlə üz-üzə qoya bilər. Tədbir çərçivəsində narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlər, asılılığın yaratdığı ağır nəticələr, eləcə də internet üzərindən aparılan gizli təbliğat üsulları barədə ətraflı məlumat verilib. Həmçinin gənclərin kibertəhlükəsizlik qaydalarına əməl etməsinin, sosial mediadan düzgün istifadəsinin və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, gənclərə sağlam, təhlükəsiz və məsuliyyətli həyat tərzinin üstünlükləri barədə tövsiyələr verilib. Maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal mühitdə mövcud risklər barədə məlumatlılığın artırılması və sağlam həyat tərzi dəyərlərinin təşviq edilməsi idi. ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri |