Qida Sənayesi Kollecində “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirildi
- Ətraflı
- Nəşr edilib 24-06-2026 12:00
- Baxış sayı: 9
UNEC nəzdində Qida Sənayesi Kollecində gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və rəqəmsal mühitdə mövcud olan təhlükələr barədə məlumatlandırılması məqsədilə “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirimişdir.
Tədbirdə müasir informasiya-kommunikasiya texnologiyalarının gənclərin həyatında mühüm rol oynadığı qeyd edilməklə yanaşı, sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə narkotik vasitələrinin qanunsuz təbliği və yayılması hallarının cəmiyyət üçün ciddi təhlükə yaratdığı vurğulanmışdır.
Rəqəmsal məkanda yayılan zərərli məzmunlar gənclərin psixoloji və sosial inkişafına mənfi təsir göstərərək onları müxtəlif risklərlə üz-üzə qoya bilər.
Tədbir çərçivəsində narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlər, asılılığın yaratdığı ağır nəticələr, eləcə də internet üzərindən aparılan gizli təbliğat üsulları barədə ətraflı məlumat verilib. Həmçinin gənclərin kibertəhlükəsizlik qaydalarına əməl etməsinin, sosial mediadan düzgün istifadəsinin və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, gənclərə sağlam, təhlükəsiz və məsuliyyətli həyat tərzinin üstünlükləri barədə tövsiyələr verilib.
Maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal mühitdə mövcud risklər barədə məlumatlılığın artırılması və sağlam həyat tərzi dəyərlərinin təşviq edilməsi idi.

Xəbərlər
-
Qida Sənayesi Kolleci 2026/2027-ci tədris ili üçün
Tarix: 05-06-2026 08:22 -
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47
Elanlar
-
QƏBULA İNDİ BAŞLA!
Tarix: 19-05-2026 13:56 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11