Ana səhifə > Üz səhifə / TGT > 27 Sentyabr – Anım Günü!
27 Sentyabr – Anım Günü!Dünən, 14:00 |
|
27 Sentyabr – Anım Günü! UNEC nəzdində Qida Sənayesi Kollecinin Kitabxana heyətinin təşkilatçılığı ilə 25.09.2026-cı il tarixində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədiyyətə qovuşan qəhrəmanlar” adlı tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidi, pilot mayor Əhmədov Elbrus Səmrəddin oğlunun həyat yoldaşı Günay Əhmədova və övladları qonaq qismində iştirak ediblər. Tədbir çərçivəsində kollecin tələbələri tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib və səhnə kompozisiyası təqdim edilib. Tədbirin sonunda tərbiyə işləri üzrə direktor müavini Aytən Ağayeva, tədris işləri üzrə direktor müavini İsmayıl Məmmədov, kollecin əməkdaşı Firiddun Orucov və şəhid xanımı Günay Əhmədova çıxış ediblər. Çıxışlarda şəhidlərimizin şərəfli həyat və döyüş yolundan, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinin və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs olunub. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi olaraq qalacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Geri |