27 Sentyabr – Anım Günü!
- Ətraflı
- Nəşr edilib 26-09-2026 14:00
- Baxış sayı: 6
27 Sentyabr – Anım Günü!
UNEC nəzdində Qida Sənayesi Kollecinin Kitabxana heyətinin təşkilatçılığı ilə 25.09.2026-cı il tarixində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədiyyətə qovuşan qəhrəmanlar” adlı tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsi şəhidi, pilot mayor Əhmədov Elbrus Səmrəddin oğlunun həyat yoldaşı Günay Əhmədova və övladları qonaq qismində iştirak ediblər.
Tədbir çərçivəsində kollecin tələbələri tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib və səhnə kompozisiyası təqdim edilib.
Tədbirin sonunda tərbiyə işləri üzrə direktor müavini Aytən Ağayeva, tədris işləri üzrə direktor müavini İsmayıl Məmmədov, kollecin əməkdaşı Firiddun Orucov və şəhid xanımı Günay Əhmədova çıxış ediblər.
Çıxışlarda şəhidlərimizin şərəfli həyat və döyüş yolundan, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinin və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs olunub.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi olaraq qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər
-
Qida Sənayesi Kolleci 2026/2027-ci tədris ili üçün
Tarix: 05-06-2026 08:22 -
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47
Elanlar
-
QƏBULA İNDİ BAŞLA!
Tarix: 19-05-2026 13:56 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11