QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycanım!
Vətən uğrunda şəhid olan igidlərimizə
Firuddin Oruc

Gözəldir payızın, gözəldir qışın,
Qanlı qovğalardan ayılmaz başın.
Qocaman çinarsan, bilinməz yaşın-
Azərbaycanım, Azərbaycanım!

Neçə min amansız döyüşə girdin,
Canına can qatan şəhidlər verdin.
Cavanşir, Koroğlu, Babək yetirdin
Azərbaycanım, Azərbaycanım!

Ərtoğrul nəslindən Polad, Məhəmməd törər,
Düşmənin bağrını ox kimi dələr.
Göylərdən mələklər salama gələr
Azərbaycanım, Azərbaycanım!

Şəhid qoynunda uyuyan Vətən,
Bayrağını qan ilə boyayan Vətən,
Qələbə inamı duy, oyan, Vətən,
Azərbaycanım, Azərbaycanım!

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman, igid oğullara eşq olsun!





Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930