5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində tədbir keçirilib.

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin müəllimlik haqqında olan çıxışı əks olunan videorolik nümayiş etdirilib. Videorolikdən sonra tələbələr müəllimlik peşəsinə dair müxtəlif kəlamlar və şeirlər səsləndiriblər. Tədbirdə çıxış edənlər arasında kollecin müəllimi Firidun Orucov da olub, o da öz şeirləri ilə müəllimləri təbrik edib.