27 Sentyabr ANIM GÜNÜ

27 sentyabr 2021-ci il tarixdə saat 11:30-da UNEC-in nəzdində Qida Sənayesi Kollecində
anım günü keçirilmişdir. Anım günündə kollecin direktoru V.İsmayılov çıxış edərək
qeyd etdi ki, Bu günkü tarix -27 sentyabr ölkəmizdə “Anım günü” kimi qeyd edilir.
Məhz bu gün uzun illərin həsrətinə son qoyan və qələbəyə doğru uzanan şanlı bir yolun
başlanğıcı oldu. Bu gün bir daha sübut etdi ki, xalqımızın, dövlətimizin birliyi
sarsılmazdır. Uzaqgörən, müdrik Ali Baş Komandan İlham Əliyevə arxalanan xalqımız
dəmir yumruq kimi birləşdi. Bu dəmir yumruq 44 günlük müharibənin simvoluna
çevrildi. Azadlıq heç kimə bağışlanılmır, döyüşərək, qan tökərək əldə edilir.Bizim igid
oğullarımız da məhz tökülən qanları ilə yeni bir tarix yazdılar. Azərbaycanınn ərazi
bütövlüyü uğurunda gedən müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz Ali
Baş Komandanın rəhbərliyi ilə, nankor, faşist ermənilər tərəfindən zəbt olunmuş
torpaqlarımızı azad etdilər, 30 illik ayrılığa son qoyuldu. Saat 12:00-da ölkəmizin ərazi
bütövlüyü uğurunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin
əziz xatirəsi dərin ehtiramla 1 dəqiqəlik sükutla yad edildi.
Kollecin tədris işləri üzrə dirüktor müavini T.Əfəndiyev tədbirdə çıxış edərək bu
müharibədə qalibiyyətimizi şərtləndirən məsələlərdən (Ali Baş Komandanın dünya
kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdən, əsgər və zabitlərimizdə olan
ruh yüksəkliyindən, arxa cəbhə insanlarının, bütün xalqımızın dəmir ymuruq kimi
birləşməyindən) söz açdı.O, çıxışın sonunda şəhidlərimizə allahdan rəhmət,
qazilərimizə can sağlığı arzu edərək bu günün tariximizdə xüsusi rol oynadığını tədbir
iştirakçılarının nəzərinə çatdırdı.
Kollecin mühəndisi Orucov Firudin çıxış edərək, Azərbaycan Ordusunun 44 gün
ərzində düşmən üzərində şanlı qələbə qazanmasında şəhid olanlar tarixin əsil
qəhrəmanları kimi yaddaşlarda qalacağlndan bəhs etdi.
Həmçinin tədbirdə Qarabağ veteranının qızı, Ağdam məcburi köçkünü, kollecin
metodisti Fətəliyeva Leyla da çıxış etdi.









Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930