Qida Sənayesi Kollecində Novruz şənliiyi təşkil olunub


Torpaq oyanır, güllər, çiçəklər açır, yurdumuza yaz müjdəli, xoş nəfəsli Bahar gəlir. Baharın gəlişi ölkəmizin hər bir yerində öz adət-ənənələri ilə yüksək səviyyədə qeyd edilir. Niyyət tutub qapı pusmaq, papaq atıb şirinlik gözləmək, küsülüləri barışdırmaq, qonaq gedib əziz insanlarla bayramlaşmaq Novruzun sevilən adətlərindəndir.
Öz adətləri ilə böyük sevinclə gözlənilən Bahar bayramı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində də xüsusi olaraq qeyd edilib.
Kollecin həyətyanı sahəsində-açıq havada təşkil edilən tədbir yazın gəlişinin xəbərçisi olub.
Tədbiri ilk olaraq öz təbriki ilə Vilayət İsmayılov açıb.
Daha sonra çıxış edən Tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev deyib ki, dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan  bayramlarındandır.
Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva isə qeyd edib ki, Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biridir. Nizami Gəncəvinin "İskəndərnamə" poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.
Təbriklərdən sonra söz tələbələrə verilib, onlar da hazırladıqları bədii hissə ilə öz təbriklərini çatdırıblar. Bacarıqlı tələbələrin təqdim etdiyi bədii hissədə şeirlər, bədahətən meyxanalar söylənilib, mahnılar oxunub, milli musiqi sədaları altında rəqslər edilib.














Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031