Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu

UNEC nəzdində Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu. Anım Gününün 5-ci ildönümü münasibətilə kollecin həyətində təşkil edilən sərgidə tələbələrin hazırladığı əsərlər Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə həsr olunmuşdur.

Ardını oxu

Qida Sənayesi Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş seminar keçirildi

2025-ci il sentyabrın 25-də UNEC nəzdində Qida Sənayesi Kollecində tarix müəllimi Kazımova Vüsalə Aydın qızı tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş seminar təşkil olunmuşdur. Tədbirin keçirilməsində məqsəd tələbələrə Vətən müharibəsinin gedişatı, bu müharibədə xalqımızın göstərdiyi birlik və həmrəylik nümunələri, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və qəhrəman döyüşçülərimizin şücaəti barədə ətraflı məlumat vermək olmuşdur.

Ardını oxu

21 sentyabr – Beynəlxalq Sülh Günü

21 sentyabr – Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il 21 sentyabr dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu gün zorakılığın azaldılması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və barışın təbliği üçün xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlə UNEC nəzdində Qida Sənayesi Kollecində tələbə və müəllim heyətinin iştirakı ilə “Sülhün dəyəri” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə sülhün bəşəri dəyər olaraq qorunmasının vacibliyi vurğulanıb, iştirakçılar öz fikir və mülahizələrini bölüşüblər.

Ardını oxu

"İnsan Alveri və məcburi əməyə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir

ADİU-nun nəzdində Qida Sənayesi Kollecinin psixoloqu Bəsti Hacıyeva ,Nizami RPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor,polis leytenantı Sura Yusifova tərəfindən "İnsan Alveri və məcburi əməyə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi tələbələrin insan alveri anlayışı, onun formaları, yaranma səbəbləri və qarşısının alınması yolları barədə məlumatlandırılması olmuşdur.

Ardını oxu

Qida Sənayesi Kollecində Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində dəyirmi masa təşkil olundu. Tədbirdə müəllim və tələbələr dövlətimizin müstəqillik yolunda keçdiyi tarixi mərhələləri müzakirə edərək, suverenliyin milli kimliyimiz üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladılar. Tələbələr gənc nəsil olaraq onlara düşən əsas vəzifənin bu dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq olduğunu qeyd etdilər.

Ardını oxu

Qida Sənayesi Kollecində “Azərbaycan tarixi” dərsliyinin təqdimatı keçirildi

Qida Sənayesi Kollecində orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Azərbaycan tarixi” dərsliyinin təqdimatı keçirildi. Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə UNEC-in nəzdində Qida Sənayesi Kollecinin direktoru Həmzəyeva Sevinc Məhəmməd qızının müəllifi olduğu “Azərbaycan tarixi” dərsliyinə nəşr hüququ verilmişdir. 18 sentyabr 2025-ci il tarixində Kollecdə keçirilən dərsliyin təqdimat mərasimi böyük maraq və ruh yüksəkliyi ilə yadda qaldı. Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və fənn müəllimləri iştirak etdilər.

Ardını oxu

UNEC nəzdində Qida Sənayesi Kollecində Bilik Günü qeyd olundu

UNEC nəzdində Qida Sənayesi Kollecində Bilik Günü qeyd olundu 15 sentyabr – Bilik günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində tədbir keçirilib. İlk dərs günündə kollecin rəhbərliyi və müəllim heyəti tələbələrlə bir araya gəlib.

Ardını oxu