27 Sentyabr "Anım Günü"

27 sentyabr...
Neçə ömrün payız səhifəsi. Neçə evin çırağının sönməsi, neçə
ümid, neçə sevinc, neçə arzunun buza dönməsi...
Təki Vətən sağ olsun!
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 27 sentyabr Anım Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. İlk olaraq kollecin direktoru Vilayət İsmayılov çıxış etmiş, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlıqlarından söhbət açmışdır.
Tədbirin  bədii  hissəsində  şəhidlik  zirvəsinə  ucalmış,
ölməzlik qazanmış şəhidlərimiz haqqında danışılmış, onların nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz olduqları söylənilmişdir. Daha sonra kollecin şəhid tələbələri Şəfəqi sönən Günəşimiz, əbədi yaşar Yaşarımız, peyğəmbər adlı Məhəmmədimiz, səhəri zülmətə dönən Səbuhimiz haqqında adlarına həsr olunmuş şeirlər söylənilmişdir. Xudayev Yaşar, Kərimli Məhəmməd, Qocayev Günəş və Əhmədov Səbuhi. Adları qeyd olunan şəhidlərin Respublika Prezidentinin sərəncamı ilə medallarla təltif olunduqları da vurğulanmışdır. Bu şanlı tarixin simvolu olan “İstiqlal zirvəsi” haqqında məlumat çatdırıldıqdan sonra tədbirdə iştirak edən qazi və veteranlar haqqında məlumatlar verilmiş, onların keçdiyi döyüş yollarından söhbət açılmışdır.
Anım günündə kollecin Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyevanın bu ilki sentyabr döyüşlərində şəhidlik zirvəsinə ucalmış Əhmədov Səbuhinin xatirəsinə toxutdurduğu xalça da nümayiş etdirilmişdir. Şəhid valideynləri, qazi və veteranların iştirakı ilə keçən tədbir dillər əzbəri olan “ Xudayar təsnifi ”nin kövrək tarın sədaları altında bütün tələbə və kollektiv ilə
birlikdə ifa olunması ilə sonlandırılmışdır.
Bu son yeni başlanğıclar carçısıdır. “Vətən”, “Ana” deyib şəhadətə ucalan minlərlə qəhrəmanlarımızın haqlarının carçısı. Onlar qanı- canı bahasına yeni tarix yazan, yazdığı tarixi dastana döndərən şəhidlərimiz, vətən üçün itirdiklərini itki saymayan qazilərimiz və veteranlarımızdır. “Dəmir yumruq” kimi birləşərək “Qarabağ Azərbaycandır” nidasını qoymağımızın səbəbkarlarıdır. İllər ötüb, əsrlər dolansa da qəlbimizdə var olan şəhidlər heç vaxt unudulmayacaq, qazi və veteranlar heç vaxt diqqətdən kənar qalmayacaqdır. Bu da bizim borcumuzdur onları daim dərin ehtiramla yad edəcəyik. Hər şey Vətən üçündür axı. Çünki “Vətən yaxşıdır”.





27 Sentyabr "Anım Günü"







Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031