Müəllimlərin yerdəyişməsinə başlanılıb
- Ətraflı
- Nəşr edilib 31-05-2017 16:35
- Baxış sayı: 2 253
Mayın 26-da Təhsil Nazirliyində nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinin başlanılması ilə bağlı brifinq keçirilib.
Brifinqdə bildirilib ki, yerdəyişmə prosesi proqram təminatı tətbiq olunmaqla cari ilin 26 may-15 iyun tarixlərində həyata keçiriləcək. İlkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi 26-30 may, növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi 8-12 iyun tarixlərində aparılacaq. Müəllimlərin yerdəyişməsi zamanı müsabiqə və ya müsahibə keçirilməyəcək.
İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Müəllimlər şəxsi məlumatlar ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidirlər. Bundan sonra Təhsil Nazirliyi tərəfindən həmin müəllimin iş yerinin dəyişdirilməsinə münasibət bildiriləcək.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər
-
Tələbələrimiz Şəhidlər Xiyabanını ziyarət etdilər / 20
Tarix: 19-01-2024 14:03 -
UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivi "Nur”
Tarix: 16-03-2023 15:47 -
Allah rəhmət etsin!
Tarix: 11-01-2023 15:00 -
UNEC-in Qida Sənayesi Kollecində Dünya Azərbaycanlılarının
Tarix: 27-12-2022 19:53 -
12 dekabr, ulu öndər Heydər Əliyevin anım günü
Tarix: 12-12-2022 18:27 -
Zəfər Səninlədir Azərbaycan!
Tarix: 06-11-2022 17:19 -
18 Oktyabr Müstəqilliyin Bərpası Günü
Tarix: 18-10-2022 20:26 -
5 Oktyabr Müəllimlər Günü
Tarix: 05-10-2022 11:25 -
27 Sentyabr "Anım Günü"
Tarix: 27-09-2022 17:03 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11