Təhsil naziri Rumıniyanın milli təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib


Mayın 25-də təhsil naziri Mikayıl Cabbarov Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskiv Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun keçirilməsinə görə təhsil nazirinə təşəkkürünü bildirib.
Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.