Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə
- Ətraflı
- Nəşr edilib 28-09-2020 23:54
- Baxış sayı: 828
BURADAN YÜKLƏ
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
Q Ə R A R
“Xüsusikarantinrejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin edilsin:
məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;
ümumi təhsil müəssisələrində:
ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;
xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnazi-
yalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;
ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;
ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;
ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən;
peşə təhsili müəssisələrində:
qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;
peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən;
ali və orta ixtisas təhsili müəssisələrində:
I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;
II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla, təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən.
1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərdən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə.
2. Bu Qərarın 1.2.3-1.2.5-ci, 1.3.1-ci, 1.3.2-ci, 1.4.2-ci yarım- bəndlərində və 1.5-ci bəndində nəzərdə tutulan təhsil müəssisələrində, habelə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan digər təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək 2020-ci il sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.
Nəzərə alınsın ki, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yarat- madığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublika- sının Səhiyyə Nazirliyi xüsusi karantin rejimi dövründə Azərbaycan
Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 (on) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri:
təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi davam etsinlər;
təhsil müəssisələrinə buraxılış rejiminin sanitar- epidemioloji tələblər nəzərə alınmaqla təşkilini təmin etsinlər;
təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində siniflərin/qrupların yarımqruplara bölünməsi, yaş qrupları/kursları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejiminin tətbiqi, dərs/məşğələ otaqlarında sosial məsafənin gözlənilməsi, dərs/təlim və dərsdənkənar/praktiki məşğələ saatlarının və dərslərarası/ məşğələlərarası fasilələrin diferensiallaşdırılması və optimallaş- dırılması, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə “COVID-19” xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələlərini təlimin və tədrisin təşkili zamanı nəzərə alsınlar;
hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”na uyğun tədbirlər görsünlər və müvafiq inzibati ərazi vahidinin ərazisində sanitar- epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratdığı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respubli- kasının Təhsil Nazirliyini məlumatlandırmaqla təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul etsinlər;
bu Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsini təxirə salsınlar;
bu Qərarın icrası ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin etsinlər.
Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 29 avqust 2020-ci il
№ 312
MƏNBƏ - https://nk.gov.az/az/document/4732/

Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11