Qida Texnologiyaları -2



Atakişiyeva Nəzakət Mirzəhməd qızı – 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmiş, 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı üzrə ixtisasartırma kursu keçmişdir.
1987 – 1991-ci illərdə Su Təsərrüfatı obyektlərinin istismarı və təmiri üzrə istehsalat birliyində əvvəlcə makinaçı, sonra teletaypist vəzifələrində çalışmışdır.
1991 – 1993-cü illərdə tikilməkdə olan Su Təsərrüfatı obyektlərində baş əmtəəşünas olmuşdur.
1993 – 2000-ci illərdə Xəzərdənizneftdonanma idarəsində kadrlar üzrə mütəxəssis, mühəndis, proqramçı və kadrlar şöbəsində müfəttiş kimi fəaliyyət göstərmişdir.
2000-ci ildən Bakı Yeyinti Sənayesi Texnikumunda əvvəlcə bir ay müddətində kadrlar üzrə mütəxəssis, daha sonra müəllim vəzifələrində işləmişdir.
2015-ci ildən şöbə müdiri vəzifəsində çalışır.
10.03.2006 – 02.05.2017-ci illər aralığında 0.5 ştatla BQŞK HİK sədri vəzifəsində fəaliyyət göstərmişdir.

2010-cu ildə Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hal-hazırda UNEC-in nəzdində Qida Sənayesi Kollecində “Qida texnologiyası – 2” şöbəsinin müdiri vəzifəsində çalışır.