"Mən həyatı seçirəm"








Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı Qida Sənayesi Kollecində 08.12.2017-ci il tarixində “Mən həyatı seçirəm” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Təlim Tərbiyə işləri üzrə direktor müavini əvəzi Orxan Süleymanzadə açmışdır. Tədbirdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, “Sağlam ailə tibb mərkəzi”nin İctimaiyyətlə əlaqədar şöbəsinin müdiri Nigar Rüstəmli, “Sağlam ailə tibb mərkəzi”nin həkim-ginekoluqu Nuridə Zeynalova çıxış etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilmişdir.
Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin 8 dekabr 2017-ci il tarixində saat 11:00-da Bakı Qida Sənayesi Kollecində komitə əməkdaşlarının və ekspert qismində “Sağlam ailə” Tibb Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Layihə çərçivəsində keçiriləcək tədbirdə sağlam həyat tərzi, reproduktiv sağlam, erkən nigah, nigahdan əvvəl tibbi müayinənin təbliği, ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə, ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİCS) yaratdığı fəsadlar və digər mövzular ətrafında müzakirələr keçirildi.





Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930