Bakı Qida Sənayesi Kolleci - Ekskursiya



Nur Çörək Zavodunda "Açıq qapı" günü keçirilmişdir. Bakı Qida Sənayesi Kollecinin tələbələri ilə zavoda ekskursiya təşkil edilmişdir.
Tələbələr;
• Opara üsulu ilə hazırlanmış mayaların hazırlanma prosesi,
• Unun ələnməsi və maqnit separatordan keçməsi prosesi,
• Xəmirin son mərhələdə yoğrulması qaydaları,
• Kündələrin bölünməsi, ikiqat yuvarlanma prosesində baş verən texnoloji proseslərlə əyani tanış olmuş,
• Xəmirin avtomatik rejimdə xüsusi istilik və nəmlikdə 55-60 dəqiqəlik dincəlməsi prosesini,
• Çörəklərin 4 kameralı sobada mərhələli bişmə prosesini,
• Çörəyin 32 dəqiqəlik xüsusi rejim altında tam bişməsi və içindəki tempraturun 99-100 dərəcəyə çatma prosesini,
• Çörəyin yeşiklərə yığıldıqdan sonra xüsusi havalandırma olan yerdə 30 dəqiqəlik soyudulmasından sonra paketlərə qablaşdırma prosesini,
• Çörək dolu yeşiklərin arabalara yığılaraq müasir standartlara cavab verən avtomobillərə yüklənməsi prosesini,
• Zavod daxili gigiyenik normaların qorunması məqsədi ilə ayrılmış xüsusi təmizlik otağında təmizlik işlərini yaxından izləmişlər.

Tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev qeyd etmişdir ki, zavoda ekskursiyanın təşkili tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.





Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930