Güvənin zəfəri.
- Ətraflı
- Nəşr edilib 18-03-2021 15:37
- Baxış sayı: 533

Tarixi və şanlı Zəfər – dəmir iradənin, yenilməz qətiyyətin, monolit birliyin və Ordumuzun qələbə əzminin nəticəsidir. Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdki. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali baş Komandanı İlham Əliyev: “Bütöv torpqa bütöv candır, bu can Azərbaycandır.” Qırx dörd günlük Vətən müharibəsinin leytmotivi də məhz bu amal oldu.
Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan 100 yaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var. Bu gün xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində məğlubedilməzliyi və qələbə əzmi daha da artan Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad
Etməyə qadirdir.
Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Xəbərlər
-
UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivi "Nur”
Tarix: 16-03-2023 15:47 -
Allah rəhmət etsin!
Tarix: 11-01-2023 15:00 -
UNEC-in Qida Sənayesi Kollecində Dünya Azərbaycanlılarının
Tarix: 27-12-2022 19:53 -
12 dekabr, ulu öndər Heydər Əliyevin anım günü
Tarix: 12-12-2022 18:27 -
Zəfər Səninlədir Azərbaycan!
Tarix: 06-11-2022 17:19 -
18 Oktyabr Müstəqilliyin Bərpası Günü
Tarix: 18-10-2022 20:26 -
5 Oktyabr Müəllimlər Günü
Tarix: 05-10-2022 11:25 -
27 Sentyabr "Anım Günü"
Tarix: 27-09-2022 17:03 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
Təhsil Tələbə Krediti Fondunun əməkdaşlarının Kollecimizin
Tarix: 06-05-2022 15:57
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11