- Ətraflı
- Nəşr edilib 14-04-2021 23:30
- Baxış sayı: 563
Müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətinin yaşadığı müasir tarixə nəzər salsaq, aydın şəkildə görərik ki, respublikamız bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib.
Cənab İlham Əliyevin prezidentliyi dövründə həqiqətən ölkəmizdə müsbət dəyişikliklər baş verib. Bu dəyişikliklər hər birimizin gözü önündə reallaşıb. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 18 il ərzində Azərbaycan iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın cənab İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezidentin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda ölkənin yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də gözlərimizin önündə yeni, müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşır.
Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək qabaqcıl dövlətlər arasında layiqli yerini tutmaqdadır.
Hər cür beynəlxalq və regional siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq ölkəmiz öz imicini qoruyub, saxlamağı bacarmışdır. Azərbaycanın yürütdüyü uğurlu və uzaqgörən xarici və daxili siyasəti, onu Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider bir dövlətinə çevirmişdir.
Müharibə göstərdi ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birbaşa liderlik roluna keçdi. Bu ona dəlalət edir ki, Azərbaycan orta hədəfdə Yaxın Şərqdə, dünyada iqtisadi liderliyini qorusun. Azərbaycanın beynəlxalq imici artıq öz yerindədir. Azərbaycan artıq beynəlxalq oynun yox, beynəlxalq siyasətin bir parçasına çevrildi.
Öz liderinə inanan, güvənən Azərbaycan xalqı da əmindir ki, gənc müstəqil ölkəmiz uğurları ilə yaxın gələcəkdə daha da qüdrətli dövlətə çevriləcək.
-
Tarix: 04-10-2024 16:33
-
Tarix: 27-09-2024 19:30
-
Tarix: 27-09-2024 19:25
-
Tarix: 23-09-2024 16:40
-
Tarix: 16-09-2024 19:42
-
Tarix: 14-09-2024 09:00
-
Tarix: 12-08-2024 14:47
-
Tarix: 19-07-2024 19:01
-
Tarix: 18-07-2024 13:47
-
Tarix: 17-07-2024 13:38
« Dekabr 2024 » |
---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
---|
| 1 |
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 | |
-
Tarix: 19-07-2024 19:01
-
Tarix: 16-03-2021 02:19
-
Tarix: 03-03-2021 19:11