- Ətraflı
- Nəşr edilib 15-04-2021 23:33
- Baxış sayı: 675
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Qarabağda şanlı tarix yazdı, torpaqlarımız düşmən işğalından azad edildi.
Qələbə ilə ordumuzun və xalqımızın milli birliyini nümayiş etdirərək “Qarabağ
Azərbaycandır” şüarını bütün dünyaya bəyan etdik. . Hazırda bütün güclər həmin
ərazilərin yenidən qurulmasına və infrastrukturun yaradılmasına yönəlib. Azərbaycan
Qarabağ regionunda böyük iqtisadi layihələr həyata keçirmək əzmindədir. Bunun üçün
dövlətimizin kifayət qədər vəsaiti var.
Azad edilən torpaqlarımızda sürətlə yenidənqurma işlərinə başlanılıb..
Yenidənqurma istiqamətində ilk addım yolların çəkilməsidir. Yol-nəqliyyat
infrastrukturunun yaradılması inkişafa gedən yolda bizi məqsədimizə daha rahat
çatdıracaqdır. Şuşa şəhərinə çəkilən avtomobil yolunun “Qələbə yolu” adlandırılması
müqəddəs mübarizəmizin, qələbəmizin müqayisə olunmayacaq möhtəşəmliyindən
xəbər verir. Reallaşdırılan yol infrastrukturları Qarabağa gediş-gəlişi asanlaşdıracaq və
bu da öz növbəsində həmin ərazilərə investor axınını sürətləndirəcək. Həyata keçirilən
dəmir yolu layihələri regiona yeni imkanlar açmaqla, Azərbaycanın tranzit imkanlarını
genişləndirir. Nəzərə alsaq ki, bu gün böyük tikinti meydanı olan işğaldan azad edilmiş
torpaqlara daşınacaq tikinti materialları əsasən dəmir yolu vasitəsilə daşınacaqdır, onda
ərazidə nəqliyyatın bu növünün inkişaf etdirilməsi düzgün hesablanmış addımdır. Bu
gün azad edilən şəhər və rayonlarımız paralel olaraq elektrik enerjisi ilə də təmin
olunur.
Hazırda “Azərişıq Qarabağda” layihəsi adı altında tədbirlər həyata keçirilir. Görülən
işlər Qarabağın yenidən qurulmasına, bərpa işlərinin sürətlənməsinə zəmin yaradır. Bu
günlərdə hamı Qarabağımızı – Azərbaycanımızı qurub-yaratmağa can atmalıdır. Füzuli,
Ağdam, Cəbrayıl kimi şəhərlər yerlə-yeksan edilib. Görünən odur ki, mənfur düşmənin
əməlləri nəticəsində xarabalığa çevrilmiş ata-baba yurdlarımızda işlərə sıfırdan
başlanılmalıdır. Bütün infrastruktur layihələri, sosial layihələr, binalar, məktəblər,
xəstəxanalar tikilməlidir. Paralel olaraq xain düşmən tərəfindən minalanmış həmin
torpaqlar minalardan təmizlənməlidir. Heydər Əliyev Fondu tərəfindən dağıdılmış tarixi
abidələrimizin bərpası bu gün bizi çox sevindirir. Bərpa edilən abidələrimiz Qarabağda
turizmin inkişafına öz töhfəsini verəcəkdir. Qarabağımız elə bir əsrarəngiz bölgədir ki,
orada bütün turizm sahələrinin inkişafı, digər iqtisadi layihələrin həyata keçirilməsi
mümkündür. Əminik ki, ərazilərimizin yenidən qurulmasında yerli şirkətlərlə yanaşı
müasir innovativ təkliflərlə çıxış edən xarici şirkətlər də maraqlı layihələrlə çıxış
edəcəklər.
Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində getdikcə daha da qüdrətlənən bir
ölkəyə çevrilib. Azad edilən ərazilərin bərpası və inkişafı istiqamətində dövlət
tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə,
xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına da
zəmin yaradacaq.
Torpaqlarımızın işğaldan azad edilməsi isə respublikamızı böyük investorlar üçün daha
cəlbedici edir. Çünki bu ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var:
bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun
təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. Azad edilən rayonlar
işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya
malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür.
Xüsusilə Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına
malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasının Füzuli
rayonu ərazisində yerləşməsi də ölkə turizminin inkişafında əhəmiyyətli rol oynaya
bilər. Yaxın zamanlarda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” adlı iki su
elektrik stansiyasının inşa edilməsi planlaşdırılıb və bununla işğaldan azad edilən
ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatına imkan yaranacaq.
İnşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini
artıracaq.
Azad edilmiş torpaqlarımızda bərpa işlərinin aparılmasının sürətləndirməsi üçün dost
ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunması da hədəflənir.. Şəhərlərin
planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların,
körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi çox
böyükdür. 10 min kvadrat kilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın
bütün dostları üçün kifayət qədər iş var. Böyük Qələbə sayəsində Azərbaycan daha
cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal
şəkildə sərmayə qoyacaqlar, çünki hamı başa düşür ki, hərbi əməliyyatların yenidən
başlanması riski sıfra endirilib.
Qarabağın yenidən bərpası prosesində Türkiyə mühüm rol oynayacaqdır. Türkiyə
şirkətləri artıq bu layihələrdə önəmli yer alıblar. Füzuli-Şuşa yolunun inşası ilə bağlı
türk şirkətləri artıq fəaliyyətdədir. Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk
şirkətləri fəaliyyət göstərirlər. Dövlət xətti ilə icra edilən layihələrdən çox yer alan
Türkiyə şirkətləridir.
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və
kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun
yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb.
Son aylarda görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş
ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var.
Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə
təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən
bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara
vəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə
sahələrdir.
Biz əminik ki, İlham Əliyev cənablarının apardığı bu siyasət işğaldan azad olunmuş
ərazilərin bərpası, yenidən qurulacaq şəhərlərin, rayonların sülh və əmin-amanlıq, eləcə
də əməkdaşlıq şəraitində inkişafı təkcə regionumuz üçün yox, dünya ölkələri üçün bir
örnək olacaq.
-
Tarix: 04-10-2024 16:33
-
Tarix: 27-09-2024 19:30
-
Tarix: 27-09-2024 19:25
-
Tarix: 23-09-2024 16:40
-
Tarix: 16-09-2024 19:42
-
Tarix: 14-09-2024 09:00
-
Tarix: 12-08-2024 14:47
-
Tarix: 19-07-2024 19:01
-
Tarix: 18-07-2024 13:47
-
Tarix: 17-07-2024 13:38
« Dekabr 2024 » |
---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
---|
| 1 |
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 | |
-
Tarix: 19-07-2024 19:01
-
Tarix: 16-03-2021 02:19
-
Tarix: 03-03-2021 19:11