Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində tələbələrin bilik və bacarıqlarına həsr olunmuş “Buta” adlı sərgi



30.04.2022-ci il tarixində  Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində tələbələrin bilik və bacarıqlarına həsr olunmuş “Buta” adlı sərgi – müsabiqə keçirildi. Müsabiqədə  rəsmlər, əl işləri təqdim olundu, şeir nümunələri, mahnılar dinlənildi və rəqslər nümayiş olundu. Kollecin Tədris hissə müdiri və müsabiqənin təşkilatçısı Samirə Hacıyeva tədbiri açıq elan edərək sözü Tədris İşləri üzrə direktor müavini Teymuraz Əfəndiyevə verdi. Teymuraz Əfəndiyev tədbir iştirakçılarını salamlayıb, öz çıxışında qeyd etdi ki, istedadlı tələbələrimizi üzə çıxarmaq və onların asudə vaxtını düzgün dəyərləndirmək, onları mükafatlandırmaq  məqsədilə belə bir müsabiqə keçirilir.
            Tələbələrin bacarıqlarını qiymətləndirmək və mükafatlandırmaq üçün 7 nəfərdən ibarət münsiflər heyəti təşkil olunmuşdur. Musabiqədə I, II və III yerə layiq kollec tələbələri sertifikat və pul mükafatı ilə digər tələbələr isə tərifnamə və xüsusi hədiyyələrlə təltif olundular. Qrup rəhbəri Könül Zeynalova, Aygün Hacıyeva, Ülviyyə Eldarova, Zemfira Vəliyeva, Sona Əliyeva və Gülnar Hacızadə tədbirin təşkilində yaxından köməklik göstərdilər. Tədbirdə kollec rəhbərliyi, valideynlər, müəllim-işçi heyəti, tələbələr iştirak etdilər. Sonda qaliblər elan olundu və mükafatlandırıldı:


I yer- Kərimova Təhminə Ramiz qızı (İMS-021saylı qrup)
II yer – Şahmurov Elçin Şəhriyar oğlu (QMT-021saylı qrup)
III yer -  Yadigarova Lalə-xanım Ramiz qızı (MT-021R saylı qrup)

            Eyni zamanda İMS-021 və MT-021 saylı qrup tələbələrinin hazırladığı videoçarxlar nümayiş etdirildi, Qarabağa həsr olunmuş musiqilər səsləndirildi.



















Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930