18 Oktyabr Müstəqilliyin Bərpası Günü

Bu gün 18 oktyabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1991-ci il oktyabrın 18-də hakimiyyətdə olan iqtidar partiyası - Azərbaycan Xalq Cəbhəsinin qəbul etdiyi Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı. Bu, tarixi bir sənəd idi. Amma bu sənədi təkcə millət vəkilləri imzalamamışdı. Bu sənədi bütün Azərbaycan xalqı imzalamışdı. Öz iradəsi ilə. öz azadlıq eşqi ilə. Öz qanı ilə. İradəsini ortaya qoymayan xalq heç vaxt müstəqillik əldə edə bilməz. Bu müstəqilliyimizi əlimizdən ala bilməyənlər ölkəmizə hücum edərək torpağımızın 5-də birini işğal etdilər. Qaçqınlarımız oldu. Minlərlə şəhid verdik. Müstəqilliyimiz olsa da ürəyimiz nisgilli qaldı. Məhz bu gün müstəqillyin dadı hamımız üçün çox şirindir. Çünki, artıq torpaqlarımızı geri qaytarmışıq. Bütün gənclərimiz, elə bizim kollecin tələbələri də ali baş komandanın əmri ilə böyük şövqlə, israrla müharibəyə yollandı və düşməni məğlubiyyətə uğratdı. Bu yolda çoxlu şəhid verdik. Yaralı qazilərimiz var. Biz onlarla fəxr edirik. Və onların sayəsində bu gün baş ucalığı ilə deyirəm: Ey şəhid ruhları! Müstəqillik gününüz mübarək! Ey şəhid ailələri, qazilər! Bayramınız mübarək! Ey xalqım! Müstəqillik günün mübarək!