ADİ:Bərk məişət tullantiları barədə tövsiyyələr və təlimlər


Bərk məişət tullantıları (Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılmasına dair tövsiyyələr)                                 
                                             
Bərk məişət tullantıları əsasən məişətdə yaranan tullantılardan ibarətdir və bəzən məişətdə yaranan kommersiya tullantıları da bura aid edilir. Bunlar, ümumiyyətlə, təhlükəli sənaye tullantıları istisna olmaqla, bərk və yarım-bərk xarakterli tullantılardır. Qalıq tullantılar çeşidlənməyən və yenidən emal olunmayan məişət xarakterli materialların əsasında yaranır.Bərk məişət tullantılarının tərkibi: ərzaq tullantıları, kağız, karton, plastik, tekstil, dəri, həyət-bağ tullantıları, taxta, şüşə, metal, kül; təhlükəli məişət tullantıları: dərmanlar, boyalar, kimyəvi maddələr, işıq və fluoresyent lampaları, aerozol balonları, gübrə və pestisid qabları, batareyalar, ayaqqabı mazı; xüsusi tullantılar (məsələn: iri həcmli tullantılar, məişət elektronikası, yağlar, şinlər).
Ümumiyyətlə, insanın məişətdə, nəqliyyatda, sənayedə fəaliyyəti nəticəsində əmələ gələn məhsullar tullantı hesab olunur. İstehsal tullantıları kimi material, xammal, yarımfabrikatlar qalığı, yəni məhsul hazırlanması prosesində əmələ gələn və özünün faydalı fiziki xüsusiyyətlərini tamamilə və ya tədricən itirmiş qalıqlar hesab olunur. İstehsal tullantıları kimi o məhsullar hesab olunur ki, xammalın fiziki-kimyəvi emalı nəticəsində əmələ gəlsin.İstehlak tullantıları sonrakı istifadəyə yararlı olmayan, müəyyən qaydada silinən maşınlar, alətlər məişət məmulatlarıdır. İstifadə imkanından asılı olaraq utiləşdirilən və utiləşdirilməyən tullantılar olur. Utiləşdirilən tullantılar üçün emal texnologiyası və təsərrüfat dövriyyəsinə qoşmaq halları olur. İkinci üçün hazırda bu hallar yoxdur.
Tullantıların bütün sinifləri bərk, pasta şəkilli, maye, toz şəkilli və ya qaz şəkilli formalarda olur. Bərk tullantılara: yararsız hala düşən metal, taxta, kardon, plastmas taralar, sürtülmüş materiallar, işlənmiş süzgəc materiallar, polimer boru kəsikləri, kabel məhsulları aiddir.
Pasta şəkillərə: şlam (xırdalanan filiz), qətranlar, istilik-mübudilə qablarının təmizlənməsindən əmələ gələn süzgəclərin və çökdürücülərin çöküntüsü aiddir.
Maye tullantılara: tərkibində üzvi və qeyri-üzvi maddələr olan və yüksək toksiki olduğundan biotəmizlənməyə ehtiyacı olmayan birləşmələr aiddir.
Toz şəkilli və ya qaz şəkilli tullantılara: qabların, avadanlıqların tənəffüs borularının tullantıları, yağsızlaşdırma sahələrinin tullantıları, məhsulun rəngləri.
Kimyəvi dözümlüyünə görə tullantılar: partlayan, öz-özünə alışan, zəhərli qaz ayrılan, parçalanan və dözümlü olurlar. Tullantılar suda həll olan və həll olmayan olurlar. Mənşəyinə görə üzvi, qeyri-üzvi, qarışıq tullantılar olur.
Sənayesi inkişaf edən ölkələrdə, ekoloji istehsal üsullarının realizəsinə çəkilən xərcin miqdarı son məhsulun dəyərinə nisbətən 30-50% təşkil edir. Çox vaxt sənaye istehsalının iqtisadiyyatı, təbii şəraitin deqradasiyasından alınan ziyan ya az nəzərə alınır və ya tamamilə nəzərə alınmır.
Hər gun ətraf muhitə milyon tonlarla tullantı atılır və belə getsə butun torpaq sahələri eləcə də  su ,hava tullantı altinda qalacaq.Çox ölkələrdə tullantıların ümumi həcmi əsasəndə Avropada artmaqda davam edir. Məişət tullantıları böyük həcmdə artir. Tullantilar  o cumlədən bərk tullantilar istehsal və təlabat tullantilar olub muasir dovrun muhum sosial- iqtisadi və ekoloji problemlərdən biridi.Bərk istehsal tullantilari istehsal prosesində, bərk məişət tullantilari isə şəhər təsərrufat sistemində ,əsasən də istehlak prosesində əmələ gəlir.İstehsal tullantilarina istehsal prosesində, məişət tullantılarına isə məişətdə istifadə muddətini bitirmiş məhsul və mallar,insana lazim olmayan məhsullar və onlarin qaliqlari aid edilir. Həril  şəhərlərdə və  yaşayışməntəqələrində  bərk  məişəttullantılarının  intensiv  toplanmasıhalları  baş verir ki, onlar da düzgün və vaxtında   yığışdırılmayanda,   zərərsizləşdirilməyəndə  ətrafmühiti  çirkləndirə bilər.Bərk  məişət   tullantıları   əsasənməişətdə  yaranan  tullantılardan  ibarətdir.Yəni   məişəttullantıları   əhalinin   həyatfəaliyyəti  nəticəsində  yaşayışyerlərində  əmələ  gələn  əşyalar,  maddələrvə  materiallardır.  Bəzənməişətdə  yaranan  kommersiyatullantıları  da  buraaid   edilir.  Bunlar,ümumiyyətlə,   təhlükəli   sənayetullantıları  istisna  olmaqla , bərk  vəyarım-bərk   xarakterli  tullantılardır.  Qalıqtullantılar  çeşidlənməyən  vəyenidən   emal  olunmayanməişət  xarakterli   materialların   əsasındayaranır. Bərk  məişət  tullantılarının  tərkibinə daxil edə bilərik   ərzaqtullantıları,    kağız,  karton,plastik,  tekstil,  dəri,həyət-bağ  tullantıları,  taxta,şüşə,  metal,  kül;  təhlükəli məişət  tullantıları:  dərmanlar,boyalar,   kimyəvi  maddələr,işıq  və  fluoresyent lampaları,  aerosolbalonları,  gübrə  vəpestisid  qabları,  batareyalar,ayaqqabı mazı;  xüsusi tullantılar (məsələn: iri həcmli tullantılar, məişət elektronikası, yağlar, şinlər).Tullantilar probleminin həlli əhalinin normal həyat fəaliyyətinin təmini,yaşayış məskənlərinin sanitar-gigiyenik təmizliyi,ətraf muhitin muhafizəsi,ehtiyatlardan səmərəli istifadə ilə baglıdı.İnsan fəaliyyəti nəticəsində əmələ  gələn tullantilar murəkkəb morfoloji tərkibə malik heterogen qarişiqdan ibarət olur ki,bu da onlarin idarə olunmasini çətinləşdirir.Bu problemin həllində birinci novbədə duran məsələ tullantilarin çeşidlənməsi, yigimi və kənarlaşdirilmasinin optimal sisteminin yaradilmasi ilə baglıdı.Tullantıların yarandığı yerdə toplanması muhitin ciddi şəkildə çirklənməsinə səbəb ola bilər.
BMT-nin tərkibində olan polixlorfenollar və  polixlorbenzollar məhsulların yandırılması zamanı daha təhlükəli zəhərli dioksinlər yaranır. Eyni zamanda bmt-lərin tərkibində olan üzvi və qeyri-üzvi birləşmələrin xlor birləşmələrin yanma məhsullarının tərkibində dioksinlərin konsentrasiyasını kəskin artırır.
Plastmas tullantıları:
Son dövrlərdə iqtisadiyyatın inkişafı ilə paralel plastmas tullantıları da sürətlə artır. Tonlarla polimer materiallar indi tullantıya çevrilir. Yalnız malların paketlənməsinə 300 min ton sərf edilir (Rusiyada 3.5 mln ton). Hansı ki, bu məhsulun təkrar emalı mümkündür. Avropada şəhər zibilxanalarında 7 mln ton plastmas  tullantıları toplanılır. Uzunmüddətli tullantılar olan köhnə avtomobillər və televizorları əlavə etsək, bu tullantıların həcmi ildə 15 mln tona çatar.
Ətraf mühitin çirklənməsinə sərt tələblər tətbiq edildikdən sonra alman firmaları paketlənmə üzrə bütün plastmas materiallarının  tamamilə  toplanması və utilizasiyasını həyata keçirir. Belə ki, “Xexst” firması tərəfindən hazırlanan plastmas yeyən  avtomat əsas diski üzərində quraşdırılmış nazik plyonka, şəffaf polivinil  xlorid tərkibli olduğuna görə  çox iri olmayan şeyləri paketləyə bilir. Bu cür paketlənmiş karobkalar çətin utilizasiya olunduğundan  avtomat bu tipli paketləri utilizasiya edəcək.
ABŞ-da təkrar emal zamanı  ancaq 1% plastik emal edilir, ancaq sənayedə  tətbiq üçün yeni metallar axtarırlar. Plastmas məmulatından xizək kurtkalarında, podklatkalar, yeni konteynerlər, plastik  torbalar və bağ skameykaları düzəltmək mümkündür.  Yaponiyanın “Fuci Resaykl industriya”  kompaniyası dövlət sənaye laboratoriyası mütəxəssisləri ilə birlikdə plastmass  tullantılarından benzin, kerosin  və dizel yanacağı istehsalı metodu işləmişlər. Katalizator kimi seolitdən istifadə etməklə təkrar emal yolu ilə aparılır (neft emalının əks texnologiyası). Bu yeni texnologiyaya əsasən 1 kq plastmasdan 0.5 l benzin və 0.5 l kerosin və ya dizel yanacağı istehsal edilir. Bu istehsal növünü Azərbaycanda tətbiq etmək mümkün olsa, kifayət qədər neft məhsullarına qənaət olar.
Polimer birləşmələr
Muasir dövrumuzdə  belə desək keçmişdən indiyədək  ən boyuk tullantı problemlərindən biri də polimer birləşməli tullantılardır. İstəyirəm qisaca da olsa bu mozuya toxunum. Plastik tullantıuzun muddət   insan həyatının demək olar ki, bütün sahələrində  kök salmışdır. Bu həqiqətən boyuk problemdi.Hətta plastik zibillər basdırıldıqda belə uzun illər  torpağın altında qalır və demək olar ki məhv olmur. Suya atıldıqda da həmçinin su qatında yığılaraq sanki boyuk  sahil xətti yaradır.İnsanlar planeti korlamaq üçün mümkün olan hər şeyi edirlər. Belə ki, okeanın nəticələrinə görə xeyli plastik tullantılarla çirklənmişdir. Plastik tullantılar dəniz və okean sakinlərinin həyatını ,həmçinin adalarda yaşayan insanları risk altında qoyur.Sanki plastik tullantılar dəniz və okeanların ,həm də torpaq qatı üçün virusa çevrilir.Təəsuflə demək istərdim ki,okean və dəniz sakinləri bir şey tapmayıb plastik tullantıları yeməyə məruz qalırlar. . Dünyada istehsal olunan plastikin 3 faizə qədəri okeana tullanılır. Hər ili bu tullantılar dənizdə milyonlarla canlının həyatına son qoyur. Hər il 100000 albatros quşu plastiklərlə qidalanmadan həlak olur. Məndə  olan dəlillərə görə hər il təxminən 100000  dəniz heyvanı plastik tullantılara dolaşaraq həlak olur. Plastik kutlə elə materialdır ki, uzun müddət sularda qala bilər. İkinci Dünya Müharibəsinin sonunda, xüsusilə son 50 il ərzində, demək olar ki,  qidalar plastik qablarda satılırdı.Belə paketlərdən istifadə canlıların həyatı üçün təhlükə yaradır. Alimlər qeyd edir ki, okeanlarda plastik kütlələrin həcmi nəhəng ölçüyə çatıb. Okean cərəyanları yüzlərlə tullantıları kilometrlərlə daşıyıb böyük həcmdə tullantının yığılmasına gətirib çıxarır. Bu kütlələr hələ uzun muddət bizləri izləyəcək. Hazırda bir çox ölkələrdə plastik kütlələrin qarşısını almaq üçün muxtəlif qurğular ixtira edilir. Lakin bu yenə də bunun həlli yolunu tapa bilmirp plastik tullantılar okeanlara çaylar, çimərliklər və gəmilərdən gəldiyini deyir. Mur deyir ki, gəmilər beynəlxalq razılıqlara məhəl qoymayaraq sintetik kimyəvi maddələr, nüvə tullantıları və zərərvericilər kimi tullantıları  okeana boşaldırlar. Plastik çirklənmə planetdə iqlim dəyişikliyinə  daha çox zərər vurur. Bəs bunun qarşısını necə almaq olar və ya gələcəkdə alına bilərmi? Hesab edirəm ki, tullantıların idarə olunması prinsipində ən qlobal problem elə məhz bu məsələdi. Ən azından tullantıları təkrar emala göndərməklə məsələ birtərəfdən yanaşmaq olar. Təkrar emal isə çox vəsait tələb etdiyindən məsələ qəlizləşir. Dunya hələ də buna göz yumur və hər il milyonlarla  plastik kütləni okeanlara atırlar. Görünür tullantını emal etməkdən çox okeanlara atmaq daha çox səmərəli usul hesab olunur. Belə nəticəyə gəlmək olar ki, bir neçə ildən sonra artıq dəniz və okeanlarda canlılara rast gəlmək qeyri adi hala çevriləcək. Həll yollarından sayıla biləcək bir misal çəkim.Plastik butulkalar, birdəfəlik stəkanlar, plastik boşqablar və s kutlələr şüşə ilə əvəz olunsun.Belə olan halda  az da olsa atılacaq kutlənin qarşısı alınacaq. Necə? Yuxarıda dediyim plastik qablar şüşə ilə əvəz olunur. Şüşə ozu təkrar emala yararlı sayılan materialdır və ondan daim istifadə etmək olar. Buna gorə bir tərəfdən sevindirici haldı ki, minimum bunu etmək olar.İstehsal sahələri də çalışmalıdı ki, maxsimum dərəcədə istehsalda  şüşədən istifadə etsin. Əgər nəzər yetirmisinizsə,muasir tikililərin əksəriyyəti şüşədən hazırlanır və bu əyani bir subutdur ki, şüşə texnologiyası muasir dovrun tələblərinə cavab verir. Ona gorə plastik kutlələrin yəni tullantılarının bir qismini ən azından okean və dənizlərə atılmasının qarşısını almaq olar.
Plastmas və polimer birləşmələr ancaq soyuq suaların və maddələrin saxlanması ilə əlaqədar işləndiyinə görə temperaturun müsbət istiqamətdə dəyişməsi həmin polimer qablarda kimyəvi reaksiyaların getməsinə və zərərli maddələrin yaranmasına səbəb olur. Bu qablarda su və digər maddələri uzun müddət saxlamaq zərərli olduğundan bu qablardan istifadə etmək məqsədə uyğun deyildir. Odur ki, plastik və plasmas qabların ətraf mühitə və insanlara vurduğu zərərli təsirləri nəzərə alsaq onda onların tullantılarının sayının azaldılması həmişə diqqət mərkəzində olmalıdır. Plastik və plasmas qabların ətraf mühitə və insana mənfi təsirinin azaldılmasının təmin etmək üçün istərdik ki, bu qabların istehsalı dayandırılsın və yaxud azalsın. Onlardan istifadə mümkün qədər məhdudlaşdırılsın və onların yerinə şüşə qablardan istifadə edilsin.Onları yanan zaman zəhərli maddələr əmələ gəldiyindən onların yandırılması xüsusi onlar üçün ayrılmış yerdən və nəzarət altında görülsün. Bu qabların ətraf aləmə yayılmasını qarşısını almaq üçün onların topalanması məqsədilə xüsusi qablar və yerlər ayrılsın və onlar lazımi yerlərə nəzarəti altında daşınması təmin edilsin. Plastik su qabları plastik torbalar massimum dərəcədə az istifadə edilsin və gələcəkdə də biz kollec daxilində plastik su qablarının və plastik torbalarının toplanması saxlanması və daşınmasını müntəzəm olaraq nəzarət altında saxlayacayıq.











Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930