“Əhməd Cavad - 130”

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində öz şeirləri ilə xalqı milli azadlığa səsləyən böyük şair, tərcüməçi, Azərbaycan dövlət himninin banisi Əhməd Cavadın dünyaya gəlməsinin 130 illiyi ilə əlaqədar “Əhməd Cavad - 130” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. İlk olaraq kollecin Həmkarlar İttifaqının sədri Sevinc Şərifova çıxış etmiş, Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq, hüquqları çeynənən bir ölkənin haqq səsi olmasından danışaraq, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən danışaraq sözü kollecin direktoru İsmayılov Vilayət müəllimə vermişdir. Direktor öz çıxışında Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikasının zənginliyindən danışmışdır. Daha sonra çıxış edən professor Nuru Mikayılov Əhməd Cavadın şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilməsindən danışmışdır. Sonda çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva Ə.Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalaraq, bu yolda şəhidlik zirvəsinə ucalan vətənpərvər kimi, həmçinin Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcəyini söyləmişdir.
Tədbirin bədii hissəsində tələbələrin istedadları nümayiş olunmuşdur. Yaddaşlara həkk olunan “Şükriyyə”, “Qitələr”, “Nə yazım?”, “Azərbaycan bayrağına”, “Gəldim”, “Susmaram”, “Dönür”, “Bayatılar”, “Göygöl” kimi dərin mənalı şeirləri səsləndirilmiş, “Çırpınırdı Qara dəniz” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi və bir çox tədbirlərdə marşa çevrilən “Can Azrbaycan” mahnısı ifa edilmişdir.
Bu gün Əhməd Cavad xatırlandı. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavadı dərin hörmətlə yad etdik. “Susmaram” şeirini müəllim yoldaşına əzbərlətdiyi zaman “zamanı gələndə üzə çıxar” dediyi kimi. Bəli, zamanı gəldi Əhməd Cavad xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!








Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031