UNEC-in Qida Sənayesi Kollecində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq bayram şənliyi təşkil edilib.
Şənlikdə ilk olaraq direktor Vilayət İsmayılov çıxış edərək, hər kəsə bayram diləklərini söyləyib. Direktor dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunan həmrəylik gününün əhəmiyyətindən danışıb.
Şənlikdə iştirak edən kollektiv üzvləri əyləncəli viktorinalarda hədiyyələr qazanan, hazırlanan oyunlarda iştirak edərək maraqlı dəqiqələr yaşayıblar.
Ötən ilin qayğılarını unudaraq yeni ilin gəlişini böyük ümid və sevgiylə gözləyən müəllim kollektivi keçən yarımilki tədris ilindən xoş xatirələri yada salmış, marağa səbəb olacaq maraqlı məlumatları bölüşüblər.
Hər gün iş fəaliyyətində olan mehriban kollektiv bu gün səmimi, iş həyəcanından uzaq gözəl bir gün keçirib. Şaxtababanın gəlişi ilə şənlənən məclis öz axarı ilə davam edərək sonlanıb.
Hər zaman birlikdə gözəl günləri bölüşmək ümidi ilə. Yeni iliniz mübarək!








Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930