“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” - konfrans
- Ətraflı
- Nəşr edilib 29-04-2023 10:36
- Baxış sayı: 416
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisadi Kollec və Qida Sənayesi Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Sosial-İqtisadi Kollecdən məlumat verilib. Bildirilib ki, əvvəlcə konfrans iştirakçıları Sosial-İqtisadi Kollecdə tələbələrin Ulu Öndərə həsr etdikləri əl işləri ilə tanış olublar. Tədbir Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Sosial-İqtisadi Kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov konfransın işinə uğurlar arzulayıb.
Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, Qida Sənayesi Kollecinin direktoru professor Vilayət İsmayılov, Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktor müavini Kərim İsmayılov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rakif Məmmədov və UNEC rektorunun kolleclər üzrə nümayəndəsi dosent Nuru Mikayılov çıxış edərək müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu qeyd ediblər.
Konfransda Sosial-İqtisadi Kollecdən iqtisad elmləri doktoru Nazim Cahangirovun “Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisi kimi”, Qida Sənayesi Kollecindən Səba Məmmədovanın “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Maliyyə-İqtisad Kollecindən Nəzakət Quliyevanın “Heydər Əliyev irsi: müasirlik, müstəqillik və dövlətçilik” mövzularında məruzələri dinlənilib.
Tələbələrdən Maliyyə-İqtisad Kollecindən Aytən Qənbərzadə “Heydər Əliyev və vergi siyasəti”, Fatimə Həsənzadə “Azərbaycan audit xidmətinin yaranmasında Heydər Əliyevin rolu”, Qida Sənayesi Kollecindən Albert Vəliyev “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, Sevda Əmrahova “Heydər Əliyev və Əsrin müqaviləsi”, Sosial-İqtisadi Kollecdən Aynur Abıyeva “İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialı” və Rasim Kazımov “Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans bədii hissə ilə davam edib
https://azertag.az/xeber/Heyder_Aliyev_ve_Azerbaycan_iqtisadiyyati___konfrans-2593523

Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11